Müsəlman şagirdə qarşı zorakılığın olduğu məktəb bağlandıbackend

Müsəlman şagirdə qarşı zorakılığın olduğu məktəb bağlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Uttar Pradeş ştatında müəllimin 7 yaşlı müsəlman şagirdi alçaltması və sinif yoldaşlarına sillə vurdurmasından sonra başlayan istintaq çərçivəsində məktəbin müvəqqəti bağlanmasına qərar verilib.

NOCOMMENT.az xəbər verir ki, “India Today”in xəbərinə görə, Hindistan Təhsil Nazirliyi sözügedən məktəbin araşdırma yekunlaşana qədər məktəbin bağlı qalacağını bildirib.

Məktəblə bağlı “Təhsil Nazirliyinin kriteriyalarına uyğun gəlmədiyi” əsası ilə araşdırma başlanılıb.

Bağlanan məktəbin şagirdləri dövlət məktəblərinə və ya yaxınlıqdakı digər məktəblərə köçürülüb.

Digər tərəfdən müsəlman şagirdi sillələməyi əmr edən müəllim Tripta Tyaqi yerli televiziya kanalına deyib ki, o, “etdiyi əməldən utanmır”.