Narışkin ABŞ-la əsir mübadiləsinə münasibət bildiribbackend

Narışkin ABŞ-la əsir mübadiləsinə münasibət bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin bildirib ki, ABŞ-la məhbusların mübadiləsi üzrə dialoq davam edir, lakin razılaşmaya əsasən, onun gedişatını açıq şəkildə şərh etmək mümkün deyil. Bu barədə TASS məlumat yayıb.

“Belə bir dialoq davam edir, lakin Amerika tərəfi ilə razılaşmaya əsasən, biz bunu şərh etmirik”, – deyə Narışkin Moskvanın ABŞ-ın amerikalılar Pol Uilan və Evan Qerşkoviçin mübadiləsi ilə bağlı yeni təklifini rədd etdiyi ilə bağlı suala cavab verib.

Xarici Kəşfiyyat Xidmətinin rəhbərinin sözlərinə görə, o, Dövlət Departamentinin təmsil etdiyi Amerika tərəfinin bu razılaşmanı yerinə yetirməməsindən təəssüflənir.