Narışkin:” SSRİ Əfqanıstanda uduzmadı, Qərbə güzəştə getdi”backend

Narışkin:” SSRİ Əfqanıstanda uduzmadı, Qərbə güzəştə getdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkin bildirib ki, Sovet İttifaqı Əfqanıstanda məğlub olmayıb və qoşunların çıxarılması ölkə rəhbərliyinin Qərbə güzəştlərinin nəticəsidir.

NOCOMMENT.az xəbər verir ki,bu barədə “RİA Novosti” məlumat yayıb.

Narışkin Amerikanın 2021-ci ilin avqustunda Əfqanıstandan çıxarılmasını biabırçılıq adlandırıb. O, ABŞ-ın böyük miqdarda texnika və silahlardan imtina etdiyini, həmçinin Vaşinqtona etibar edən bir neçə min əfqanı öz taleyinə buraxdığını vurğulayıb.

“Bu baxımdan, əlbəttə ki, ölkəmizin Əfqanıstanda məğlubiyyətə uğradığını söyləməyə ehtiyac yoxdur”, – deyə Narışkin sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 35-ci ildönümünə həsr olunmuş tədbirdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, SSRİ-nin sovet qoşunlarını çıxarmaq qərarı siyasi olub və birtərəfli güzəştlər çərçivəsində qəbul edilib.

“Başqa bir şey ondan ibarətdir ki, Qərbdə bu güzəştlər dialoqa dəvət kimi deyil, SSRİ-nin o vaxtkı rəhbərliyinin zəifliyi kimi qəbul edilirdi”, – deyə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vurğulayıb.