Aİ, ABŞ və Rusiya arasında münasibətlərin normallaşması uzunmüddətli perspektivdə mümkündür, ancaq hərbi əməliyyatlar dayandırıldıqdan sonra.
NOCOMMENT.az xəbər verir ki, bunu Bloomberg-ə müsahibəsində NATO-nun baş katibi Mark Rutte deyib.
ABŞ-a səfəri zamanı danışan o vurğulayıb ki, alyans Moskvaya “onu sülh yolu ilə nizamlanmaya meylləndirmək” üçün təzyiq göstərməyə davam edəcək.
“Biz indi dialoq mərhələsində deyilik. Bizim vəzifəmiz sanksiyaları və siyasi təzyiqi saxlamaqdır ki, Rusiya sülh şərtlərinə razı olsun. Rusiya qonşu olaraq qalacaq və gələcəkdə müharibə bitsə, Qərb tədricən münasibətləri bərpa edə biləcək. Amma bu gün biz buna hazır deyilik”, – deyə o bildirib.