5 mart tarixində günorta radələrində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib.
Bu barədə NOCOMMENT.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.
Dron hücumları nəticəsində Hava Limanının binasına zərər dəyib və iki nəfər mülki şəxsin xəsarət alıb.
Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyindən bildirilib ki, İran ərazisindən həyata keçirilən dron hücumları zamanı xəsarət alan iki nəfərin vəziyyəti stabildir.













