Bakıda həbsdə olan erməni separatçısı Ruben Vardanyan Ermənistanın insan haqları müdafiəçisi Anahit Manasyanı Azərbaycana gəlməyə çağırıb.
NOCOMMENT.az xəbər verir ki, Vardanyan ombudsmana bildirib ki, həyat yoldaşı Veronika Zonabend də onu müşayiət etməyə hazırdır. O, bunu Manasyana ailəsi ilə telefon danışığı zamanı çatdırdığı mesajda bildirib.
Vardanyan qeyd edib ki, bu yaxınlarda Azərbaycan ombudsmanı Səbinə Əliyeva ilə görüşüb.
“Azərbaycan ombudsmanı ilə söhbətim zamanı həmçinin qeyd edildi ki, sizin Bakıya səfərinizin mümkünlüyü artıq müzakirə olunub və Azərbaycan tərəfi onun təşkilini asanlaşdırmaq istəyini bildirib. Lakin bu təşəbbüs hələ də reallaşmayıb”, – deyə o qeyd edib.









