Beynəlxalq bazarlarda Brent markalı neftin bir bareli 85,42 dollara satılır.
NOCOMMENT xəbər verir ki, ötən gün 86,04 dollara kimi bahalaşan Brent markalı neftin barel qiyməti günü 84,93 dollarla tamamlayıb. Brent markalı neftin bir barel qiyməti saat 09:46-a bağlanış tarixi ilə müqayisədə 0,58 faiz artaraq 85,42 dollar olub. Eyni zamanda, West Texas Intermediate (WTI) xam neftinin bir bareli 80,91 dollardan alıcı tapıb.
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə daxil olmayan bəzi istehsalçı ölkələrdən ibarət OPEC+ qrupunun üzvlərinin yeni hasilatın azaldılması qərarı qiymət artımında təsirli olmağa davam edir.
Rusiya baş nazirinin müavini Aleksandr Novak da dünən Rusiya dövlət kanalı “Rossiya-24”ə açıqlama verərək, OPEC+ qrupunda 23 ölkənin olduğuna və lazım gələrsə, digər ölkələrin də könüllü olaraq neft hasilatını azaltmağa qərar verə biləcəyinə işarə edib.