Neftin qiyməti təxminən 40 faiz ucuzlaşdıbackend

Neftin qiyməti təxminən 40 faiz ucuzlaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ural neftinin qiyməti yanvar-aprel aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 39,7 faiz azalaraq 51,05 dollar/barel olub.

NOCOMMENT xəbər verir ki, Rusiya Maliyyə Nazirliyinin verdiyi açıqlamada, yanvar-aprel dövründə Ural neftinin orta qiymətinin 51,05 dollar olduğu bildirilib.

Ötən ilin eyni dövründə orta hesabla 84,68 dollara satılan Ural neftinin bir barel qiymətinin bir il ərzində 39,7 faiz ucuzlaşması diqqət çəkib.

Açıqlamada qeyd olunub ki, aprel ayında Ural neftinin bir bareli 58,63 dollara alınıb.