Neftin qiyməti ucuzlaşdıbackend

Neftin qiyməti ucuzlaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq bazarlarda Brent markalı neftin bir bareli 86,25 dollara satılır. Bildirilir ki, texniki olaraq Brent markalı neftin 86,38-86,60 dollar diapazonunu müqavimət, 86,16-85,94 dollar diapazonu isə dəstək zonası kimi izləyə bilər.

NOCOMMENT xəbər verir ki, 86,87 dollara qədər bahalaşan Brent markalı neftin barel qiyməti günü 86,31 dollarla bağladı. Bu gün saat 10.20-yə olan məlumata görə, Brent markalı neftin bir barelinin qiyməti bağlanış tarixi ilə müqayisədə 0,07 faiz azalaraq 86,25 dollar olub. Eyni dəqiqələrdə Qərbi Texas tipli (WTI) xam neftin bir barreli 82,39 dollardan alıcı tapdı.

Qiymətlərin qismən azalmasına ABŞ iqtisadiyyatının tənəzzülü və neft tələbi ilə bağlı narahatlıqlar səbəb olub.

ABŞ Federal Ehtiyat Sisteminin rəsmiləri ilin sonunda mülayim resessiya proqnozlaşdırsalar da, iqtisadi artımdakı yavaşlamanın neftə tələbatın bərpasını məhdudlaşdıracağına dair narahatlıqlar bazarlarda güclənməkdədir.

ABŞ dollarının digər valyutalar qarşısında möhkəmlənməsi də qiymətlərin ucuzlaşmasına təsir edib. ABŞ dolları indeksi bu gün 0,08 faiz artaraq 101,32 olub.