Venesuelada zəlzələdə ölənlərin sayı artdı - ŞOK RƏQƏM

Venesuelada zəlzələdə ölənlərin sayı artdı - ŞOK RƏQƏM

Venesuelanın şimal hissəsini vuran silsilə dağıdıcı zəlzələlər nəticəsində insan tələfatı və yaralananların sayı dəhşətli həddə çatıb.

NOCOMMENT.az xəbər verir ki, ölkənin səlahiyyətli prezidenti Delsi Rodriges son məlumatlara əsasən, təbii fəlakət nəticəsində ölənlərin sayının 164-ə, yaralıların sayının isə 971 nəfərə yüksəldiyini açıqlayıb. Rəsmi şəxs bildirib ki, dağıntıların miqyası nəzərə alınmaqla, ölənlərin sayının artacağı istisna edilmir.

Rodriges bölgədəki vəziyyəti kəskin şəkildə dəyərləndirərək, onlarla binanın tamamilə yerlə-yeksan olduğunu və dağıntılar altında qalanların xilas edilməsi üçün aparılan əməliyyatların "çox mürəkkəb xilasetmə işləri" olduğunu bəyan edib.

Xatırladaq ki, faciə cümə axşamına keçən gecə başlayıb. ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, bölgədə 7,1 maqnitudalı ilk təkanlardan sonra, cəmi 40 saniyə fasilə ilə 7,2 və 7,5 maqnitudalı daha iki güclü zəlzələ qeydə alınıb. Ölkə rəhbərliyi yaranmış ağır vəziyyətlə əlaqədar dərhal fövqəladə vəziyyət rejimi elan edib.

İlkin məlumatlarda 32 nəfərin ölümü və 700 nəfərin yaralanması barədə xəbərlər yayılsa da, aparılan xilasetmə işləri və dağıntıların təmizlənməsi prosesi rəqəmlərin nə qədər sürətlə artdığını üzə çıxarıb.

Sara,
NOCOMMENT.az