Oğul atasını öldürüb, evin həyətində basdırdıbackend

Oğul atasını öldürüb, evin həyətində basdırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə oğul atasını qətlə yetirərək yaşadığı evin həyətində basdırıb.

NOCOMMENT.az Report-a istinadən xəbər verir ki, Gəncə şəhər sakini Məhəmməd Məmmədov polisə müraciət edərək atası, ruhi xəstə olan, 1963-cü il təvəllüdlü Azad Məmmədovun itkin düşdüyünü bildirib.

Aparılan araşdırmalar zamanı həmin şəxsin qətlə yetirildiyi və yaşadığı evin həyətində basdırıldığı məlum olub.

Daha sonra həmin şəxsin elə oğlu M.Məmmədov tərəfində qətlə yetirildiyi bəlli olub. O, şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.