Onlar Azərbaycandan Nobelə namizəd oldular – SİYAHIbackend

Onlar Azərbaycandan Nobelə namizəd oldular – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il Azərbaycandan Nobel mükafatına namizəd göstərilən şəxslərin adı məlum olub.

Beynəlxalq Nobel İnformasiya Mərkəzi (BNİM) həqiqi üzvü, qurumun Qafqaz və Mərkəzi Asiya üzrə səlahiyyətli nümayəndəsi Bəybala Ələsgərov Qaynarinfo-ya açıqlamasında bu il Azərbaycandan cəmi 3 namizədin təqdim olunduğunu bildirib.

NOCOMMENT xəbər verir ki, Professor Yaşar İbadov – “YAY-OSİDO” İnnovasiya İnkişaf Mərkəzinin təsisçisi, professor və “Alternativ Psixologiya” elminin müəllifidir.

Professor Hacı Allahşükür Paşazadə – Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri, bütün Qafqazın şeyxidir.

Akademik Adil Qəribov – Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinə sədridir.

Bəybala Ələsgərov bildirib ki, Nobel Sülh mükafatına ekspert qrupu tərəfindən hər üçü namizəd kimi artıq təsdiqlənib.

Professor Yaşar İbadov Nobel Sülh mükafatına ilk dəfə namizədliyini verib.