Orban Macarıstan Müdafiə Şurasını çağırıbbackend

Orban Macarıstan Müdafiə Şurasını çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın baş naziri Viktor Orban İranın İsrailə hücumları ilə bağlı Müdafiə Şurasını toplayıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə hökumət başçısının mətbuat katibi Bertalan Havaşi məlumat verib.

“Viktor Orban keçmiş Karmelit monastırında (baş nazirin rəsmi iqamətgahı – Qeyd) Müdafiə Şurasının iclasını keçirir”, – Havaşi bildirib.

Bundan əvvəl Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib ki, Budapeşt İsrailə raket hücumunu qətiyyətlə pisləyir.

Onun sözlərinə görə, bu hərəkətlər Yaxın Şərqdə qlobal təhlükəsizliyə ciddi təhdid yaradan münaqişənin genişlənməsinə təhlükə yaradır.