Oteldə yanğın: 2 ölü, 10 yaralıbackend

Oteldə yanğın: 2 ölü, 10 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Antalyanın Muratpaşa rayonunda oteldə baş verən yanğında 2 turist həyatını itirib, 10 nəfər yaralanıb.

NOCOMMENT xəbər verir ki, Kaleiçi səmtindəki iki mərtəbəli butik oteldə tüstünün qalxması ilə əlaqədar yanğınsöndürənlər, polis və sağlamlıq qrupları əraziyə yönəldilib.

Yanğınsöndürənlər qısa müddətdə yayılan alova müdaxilə edib.

Livanlı turistlər Dory Mhomma və Viviane Saad nəzarət altına alınan yanğında həyatını itirib. Norveç, Danimarkalı və Hollandiyalı turistlər və əcnəbilər də daxil olmaqla, biri ağır olmaqla 10 nəfər yaralanıb.

Yaralılar 112 Təcili Tibbi Yardım qrupları tərəfindən Atatürk Dövlət Xəstəxanasına və özəl xəstəxanalara aparılıb.