Rusiyadan son dəqiqə xəbərdarlığı - "Qırmızı Meydan vurulsa..."

Rusiyadan son dəqiqə xəbərdarlığı - "Qırmızı Meydan vurulsa..."

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik xəbərdarlıq edib ki, əgər Ukrayna tərəfi Moskvada 9 May Qələbə Günü tədbirlərini pozmağa cəhd edərsə, Rusiya cavab olaraq Kiyevin mərkəzindəki inzibati binaları, xüsusilə Bankova küçəsini (Prezident Ofisinin yerləşdiyi ərazi) hədəf ala bilər.

NOCOMMENT.az xəbər verir ki, Kolesnik bu barədə Rusiya mediasına açıqlamasında bildirib. O qeyd edib ki, Rusiya Silahlı Qüvvələri və hava hücumundan müdafiə sistemləri istənilən hücumu dəf etməyə hazırdır: "Əgər təxribatlar olarsa, Kiyevin mərkəzində yerləşən inzibati binalara, təbii ki, artıq çoxdan hədəfə çevrilmiş Bankova küçəsinə zərbələr endirilə bilər. Amma bu, yalnız təxribat olacağı halda mümkündür".

Qeyd edək ki, bu hədələr Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammitindəki çıxışından sonraya təsadüf edir. Zelenski həmin toplantıda 9 Mayda Ukrayna PUA-larının Moskvanın üzərində görünə biləcəyi ilə bağlı mesajlar vermişdi. Xatırladaq ki, Rusiya tərəfi Qələbə bayramı münasibətilə 8-9 may tarixləri üçün birtərəfli qaydada atəşkəs elan etdiyini açıqlayıb.

Sara,
NOCOMMENT.az

Bizim Telegram səhifəsinə abunə olun