Pakistanda təyyarə qəzasında ölənlərin sayı açıqlanıbbackend

Pakistanda təyyarə qəzasında ölənlərin sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Pakistanın Lahor şəhərindən Karaçiyə uçan zaman qəzaya uğramış “Pakistan İnternational Airlines” (PİA) şirkətinə məxsus təyyarədən sağ çıxan azı 32 sərnişin yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

NOCOMMENT.az xarici mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində azı 90 nəfərin həyatını itirdiyi məlum olub.
Federal Aviasiya naziri Qulam Sərvər Xan məlumatı təsdiqləyib Bildirilir ki, aviaqəza nəticəsində beş ev və bir neçə avtomobil də məhv olub.

Pakistanın Mülki Aviasiya İdarəsinin nümayəndəsinin məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində 91 sərnişin və 7 ekipaj üzvü olub. İnsidentdən sonra azı iki nəfərin sağ qaldığı, təyyarənin düşdüyü evlərdə bir neçə nəfərin də xəsarət aldığı qeyd olunur.