Parisdə aksiya: Luvr Muzeyinin girişləri bağlandıbackend

Parisdə aksiya: Luvr Muzeyinin girişləri bağlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın paytaxtı Parisdə mədəniyyət sektoru işçiləri mübahisəli pensiya islahatına cavab olaraq Luvr Muzeyinin girişini bağlamaqla aksiyaya başlayıblar.

NOCOMMENT xəbər verir ki, Ümumi İş Birliyinin tərkibindəki mədəniyyət işçiləri əllərində birliyin bayraqları ilə muzeyin həyətindəki şüşə və metal piramidanın qarşısına toplaşıblar.

Muzeyin qapıları önündən keçərək girişləri kəsən işçilər əllərində “Pensiya yaşı 60 yaş olsun. Daha uzun yaşamaq üçün az çalış” və “Geri addım atmayacağıq” yazılı plakatlar qaldırıb.

Fransada hökumətin pensiya yaşını 2 il artıran qanun layihəsini səsvermə olmadan qəbul etməsindən sonra martın 16-da başlayan nümayişlər davam edir.