Parisdəki Luvr muzeyi bomba təhlükəsi səbəbindən bağlanıbbackend

Parisdəki Luvr muzeyi bomba təhlükəsi səbəbindən bağlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın paytaxtı Parisdəki dünyaca məşhur Luvr muzeyi bomba təhlükəsi səbəbindən boşaldılıb və bağlanıb.

NOCOMMENT xəbər verir ki, Parisdəki Luvr Muzeyinin X sosial media platformasında verdiyi açıqlamada, muzeyin təhlükəsizlik səbəbiylə bu gün qapılarını bağladığı açıqlanıb.

Açıqlamada muzeyi ziyarət etmək üçün rezervasiya edənlərin bilet haqqının geri qaytarılacağı bildirilib.

Milli mətbuatda polis mənbələrinə əsaslanan xəbərə görə, Luvr Muzeyi bomba təhlükəsi mesajlarının ardından boşaldılıb və ziyarətçilərə bağlanıb. Polis qüvvələri 15 min insanın təxliyyə edildiyi muzeydə axtarışları davam etdirir.