Paşinyan sülh sazişi ilə bağlı yeni mesaj verdi: “Naxçıvanla da sərhəd açılacaq”backend

Paşinyan sülh sazişi ilə bağlı yeni mesaj verdi: “Naxçıvanla da sərhəd açılacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanla sülh müqaviləsinin imzalanması yaxşı xəbər olacaq”.

NOCOMMENT.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bugünkü brifinqdə deyib.

Onun sözlərinə görə, Ermənistan saziş bağlamağa hazırdır: “Biz bunun üçün əlimizdən gələni edəcəyik”

Paşinyan Laçın yolundakı aksiyadan da danışıb və bildiirb ki, Laçın dəhlizinin işini Rusiya sülhməramlıları təmin etməlidir:

“Laçın dəhlizinin işini Rusiya sülhməramlıları təmin etməlidir. Bu, üçtərəfli sazişlərdə də öz əksini tapıb”.

Paşinyan daha sonra Türkiyə ilə sərhəddən danışıb: “Ermənistan-Türkiyə sərhədinin və dəmir yolunun açılması qlobal əhəmiyyət kəsb edir. Həmçinin Azərbaycanın digər hissəsi ilə Naxçıvan, İranla Azərbaycan, Ermənistanla Rusiya arasında əlaqələrin bərpası vacibdir”.

O bildirib ki, prosesin dinamikasını təmin etmək üçün konkret addımlar da atılmalıdır: “Xüsusi nümayəndələrin işinin davam etməsi, Prezident Rəcəb Tayyib Ərdoğanla birbaşa danışıqlar vacibdir. Ümid edirəm ki, yaxın gələcəkdə sərhəd üçüncü ölkə vətəndaşları üçün açılacaq”.

Hökumət başçısı söyləyib ki, Türkiyə ilə sərhədlərin açılması ilə təkcə danışıqlar aparılmamalı, konkret addımlar atılmalıdır.