Paşinyan Təhlükəsizlik Şurasını yenidən topladıbackend

Paşinyan Təhlükəsizlik Şurasını yenidən topladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda Təhlükəsizlik Şurasının (TŞ) növbəti iclası keçirilib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə məlumatı hökumət başçısının mətbuat xidməti yayıb. Məlumata görə, iclasa Baş nazir Nikol Paşinyan sədrlik edib.

İclasda Təhlükəsizlik Şurasının daimi üzvlərindən başqa prezident Vaaqn Xaçatryan, parlamentin spikeri Alen Simonyan, baş nazir administrasiyasının rəhbəri Araik Arutyunyan, vitse-spiker Ruben Rubinyan, maliyyə naziri Tiqran Xaçatryan, yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan, Parlamentin “Vətəndaş müqaviləsi” fraksiyasının rəhbəri Ayk Koncoryan, müdafiə nazirinin müavini Karen Brutyan iştirak ediblər.

“Təhlükəsizlik Şurasının növbəti iclasında biz geniş spektrli məsələləri, o cümlədən regiondakı hərbi-siyasi vəziyyəti müzakirə etdik”, – deyə Paşinyan bildirib.