“Putin bizi parçalamaq istəyirdi” – NATO-nun baş katibibackend

“Putin bizi parçalamaq istəyirdi” – NATO-nun baş katibi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bugünkü şəraitdə NATO ilə Avropa İttifaqı arasında tərəfdaşlıq həmişəkindən daha vacibdir, hər iki təşkilat Ukraynaya dəstəkdə yekdildir.

NOCOMMENT.az xəbər verir ki, bunu Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq bu gün Brüsseldə Aİ-NATO birgə bəyannaməsinin imzalanmasından sonra keçirilən mətbuat konfransında deyib.

“Biz indicə NATO ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlığın gələcək inkişafı üçün üçüncü birgə Aİ-NATO Bəyannaməsini imzaladıq. Bu, həmişəkindən daha vacibdir. Demək olar ki, bir il əvvəl, fevralın 24-də Rusiya Ukraynaya təcavüzə başlayandan bir neçə saat sonra biz üçümüz (Şarl Mişel və Ursula fon der Leyenlə birlikdə – red.) burada, NATO-nun mənzil-qərargahında görüşdük. Prezident Putin bir neçə günə Ukraynanı ələ keçirmək və bizi parçalamaq istəyirdi. Lakin bu iki sahədə o, uğursuzluğa düçar oldu”, – Alyansın rəhbəri vurğulayıb.