Meşə yanğınları Fransanı cənginə aldı

Meşə yanğınları Fransanı cənginə aldı

Fransanın qərbindəki Jironde departamentində baş verən böyük meşə yanğını 3100 hektar əraziyə yayılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TF1-in məlumatında deyilir.

Yanğınsöndürmə və xilasetmə xidmətləri ilk dəfə yanğın barədə 22 iyulda məlumat verib. Yeni Akvitaniya bölgəsi prefekturası və Jironde departamentinin məlumatına görə, yanğın hazırda nəzarətdən çıxıb və Arkaşon körfəzinin şimalında yerləşən Somo, Porj və Lej-Kap-Ferre kommunalarının yaxınlığındakı meşəlik əraziyə yayılmağa davam edir.

Qeyd edək ki, cümə axşamı səhəri hakimiyyət orqanları meşə yanğını zonasına yaxın düşərgələrdən və kəndlərdən on mindən çox insanın təxliyə edildiyini elan etmişdi.