ABŞ-da güclü zəlzələ baş verdi

ABŞ-da güclü zəlzələ baş verdi

ABŞ-ın Texas ştatının şimalında 5,0 bal gücündə güclü zəlzələ baş verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) saytında məlumat verilib.

İyulun 23-də erli vaxtla saat 05:21-də (Bakı vaxtı ilə 14:21) yeraltı təkanlar qeydə alınıb. Zəlzələnin episentri əhalisi təxminən 18 min nəfər olan Pampa şəhərindən 41 kilometr şimal-qərbdə, 6 kilometr dərinlikdə yerləşib.

Təbii fəlakət nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb. Publika.az