Qazilərimiz sağalaraq Türkiyədən qayıtdılarbackend

Qazilərimiz sağalaraq Türkiyədən qayıtdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağır yaralanan və müalicə üçün YAŞAT Fondu tərəfindən Türkiyəyə göndərilən 4 qazimiz sağalaraq Vətənə geri dönüb.

NOCOMMENT xəbər verir ki, onlar Məmmədzadə Arif Mahir oğlu, İbrahimov Kamran Ceyhun oğlu, Bayramov Rahul Mərdan oğlu, İslamov Vüsal İslam oğludur. Onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.

Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

YAŞAT Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 61 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi qardaş ölkədə davam etdirilir.

YAŞAT Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.