Qriqoryan Qarabağdan qaçdı: Ağır vəziyyətdədir…backend

Qriqoryan Qarabağdan qaçdı: Ağır vəziyyətdədir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Respublika Partiyasından keçmiş deputat Manvel Qriqoryan Xankəndidən təcili surətdə qaçıb.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Levon Baqdasaryan açıqlamasında danışıb. Vəkil Qriqoryanın Xankəndidən qaçmasını səhhəti ilə əlaqələndirib.

Onun sözlərinə görə, guya ötən gün Qriqoryanın səhhəti qəflətən pisləşib və həkimlər ona İrəvana getməyi məsləhət görüblər. Hətta tamaşa üçün Qriqoryanın həkim nəzarətindəki fotosu da paylaşılıb.

Vəkil deyib ki, Qriqoryan reanimasiyaya yerləşdirilib, amma huşu özündədir.

Nədənsə onun halının niyə qəflətən pisləşdiyi, hansı xəstəlikdən əziyyət çəkdiyini demək kimsənin yadına düşməyib.

Beləliklə, bir müddətdir Ermənistan hakimiyyətinin təqibindən qaçaraq Xankəndiyə sığınan M.Qriqoryan burada vəziyyətin pis olduğunu görərək, təkrar İrəvana qaçıb. Qaçmasını isə səhhəti ilə əlaqələndirib.

Qeyd edək ki, Manvel Qriqoryan Ermənistan parlamentinin keçmiş üzvüdür. 2018-ci ilin iyun ayında ona qarşı cinayət işi açıldı. O, qanunsuz silah və sursat saxlamaqda, 100 milyon dram (200 min dollardan çox) dəyərində əmlakı mənimsəmək, vergidən yayınmaq və dövlət əmlakını mənimsəməkdə (hər iki halda da – 1 milyard dramdan çox) ittiham olunur.