Quterreş: Sosial media qütbləşməyə səbəb olurbackend

Quterreş: Sosial media qütbləşməyə səbəb olur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş onlayn şəkildə keçirilən və 2 gün davam edəcək “İkinci Demokratiya Sammiti”nə videomüraciət göndərib.

NOCOMMENT.az xəbər verir ki, Quterres Sosial medianın qütbləşməyə səbəb olduğunu bildirib.

“Sosial mediada irrasionallıq geniş yer tutur. Elm mühasirədədir. Azlıqlar və immiqrantlar günah keçisi sayılırlar” deyə qeyd edib.

Güclü demokratik cəmiyyətlərin özlərini düzəltmək qabiliyyətinə malik olduğunu bildirən Quterreş, “Güclü demokratiyalar, zorakılıq və qan tökülmədən belə radikal dəyişikliklərə nail ola bilər” qeyd edib.

NOCOMMENT.AZ