Ramin Hacılı hakimlərdən möhlət istədibackend

Ramin Hacılı hakimlərdən möhlət istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qanunsuz miqrasiyaya görə ittiham olunan Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

NOCOMMENT-in teleqraf-a istinadən xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində Emin Nəbiyev ifadə verib.

O bildirib ki, bir neçə il əvvəl xarici ölkələrə səfərlərlə bağlı viza sənədlərinin hazırlanmasına və səfirliklərə təqdim edilməsinə görə Ramin Hacılıya müraciət edib.

Onun sözlərinə görə, bu işdə Ramin Hacılı ona iki dəfə kömək edib, o da bu işlərə görə Ramin Hacılıya müəyyən məbləğ ödəyib.

Daha sonra Ramn Hacılının vəkili Rəşad Əliyev vəsatətlə çıxış edib. Vəkil adı şahidlər siyahısında olan Nərgiz Əliyevanın ifadəsinin sübutlar siyahısından çıxarılmasını istəyib.

Vəkil deyib ki, qanunvericiliyin tələbinə görə, şəxs yalnız özünün gördüyü, ona məlum olan faktlarla bağlı şahid ifadəsi verə bilər: “Üçüncü şəxsə istinadən verilmiş şahid ifadəsi sübut hesab oluna bilməz. Ona görə də xahiş edirəm ki, bu şəxsin ifadəsi sübutlar siyahısından çıxarılsın”.

Hakim isə bildirib ki, vəsatətə müşavirə otağında hüquqi qiymət veriləcək.

Daha bir vəsatəti isə Ramin Hacılı verib.

O, cinayət işindən Vüqar Heydərovla bağlı epizodun çıxarılmasını xahiş edib: “Mənim bundan əvvəlki cinayət işimdə Vüqar Heydərov zərərçəkmiş kimi tanınmışdı və məsələyə hüquqi qiymət verilmişdi. Hüquqi qiymət verilmiş bir işi götürüb təzədən bu ittiham aktına köçürüblər”.

Hakim bu vəsatətə də müşavirə otağında hüquqi qiymət veriləcəyini deyib.

Sonra Ramin Hacılının poçt vasitəsiylə məhkəməyə daxil olmuş vəsatəti səsləndirilib. Ramin Hacılı həmin vəsatətində hakimləri ədalətə və humanizmə dəvət edib.

Sonra Ramin Hacılı məhkəmədən ifadə vermək üçün hazırlaşmağa möhlət istəyib.

Növbəti proses sentyabrın 14-də davam edəcək.