184-cü gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

184-cü gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 46 250 (+400) hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 1 936 (+7) tank, 4 251 (+6) zirehli döyüş maşını, 1 040 (+3) artilleriya sistemi, 272 reaktiv yaylım atəşi sistemi, 148 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 202 helikopter, 843 (+15) PUA, 196 qanadlı raket, 15 gəmi, 3 162 (+2) avtomobil texnikası və avtosistern, 99 xüsusi texnikadan ibarətdir.