222-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

222-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 60 430 (+320) hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 380 (+14) tank, 4 991 (+19) zirehli döyüş maşını, 1 405 (+5) artilleriya sistemi, 338 (+2) reaktiv yaylım atəşi sistemi, 176 hava hücumundan müdafiə sistemi, 265 təyyarə, 228 (+1) helikopter, 1 026 (+8) PUA, 246 qanadlı raket, 15 gəmi, 3 811 (+14) avtomobil texnikası və avtosistern, 131 xüsusi texnikadan ibarətdir.