223-cü gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

223-cü gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 60 800 (+370) hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 424 (+44) tank, 5 018 (+27) zirehli döyüş maşını, 1 407 (+2) artilleriya sistemi, 340 (+2) reaktiv yaylım atəşi sistemi, 177 (+1) hava hücumundan müdafiə sistemi, 266 (+1) təyyarə, 228 helikopter, 1 028 (+2) PUA, 246 qanadlı raket, 15 gəmi, 3 823 (+12) avtomobil texnikası və avtosistern, 131 xüsusi texnikadan ibarətdir.