Rusiya müharibənin 254-cü günü üçün Ukrayna ordusunun itkiləri barədə məlumatı yeniləyib.
NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 330 təyyarəsi, 168 helikopteri, 2 426 PUA-sı, 384 zenit-raket kompleksi, 6 322 tank və digər zirehli texnikası, 882 reaktiv yaylım atəş sistemi, 3 551 artilleriya və minaatanı, 7 027 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – deyə o bildirib.









