Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 74 840 (+740) hərbçisi məhv edilib.
NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 750 (+16) tank, 5 580 (+28) zirehli döyüş maşını, 1 772 (+17) artilleriya sistemi, 391 (+1) reaktiv yaylım atəşi sistemi, 201 (+3) hava hücumundan müdafiə sistemi, 277 təyyarə, 258 helikopter, 1 450 (+8) PUA, 397 qanadlı raket, 16 gəmi, 4 174 (+12) avtomobil texnikası və avtosistern, 155 xüsusi texnikadan ibarətdir.









