Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 76 460 (+530) hərbçisi məhv edilib.
NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 771 (+11) tank, 5 630 (+25) zirehli döyüş maşını, 1 782 (+5) artilleriya sistemi, 399 (+4) reaktiv yaylım atəşi sistemi, 202 (+1) hava hücumundan müdafiə sistemi, 277 təyyarə, 260 (+1) helikopter, 1 472 (+11) PUA, 397 qanadlı raket, 16 gəmi, 4 199 (+12) avtomobil texnikası və avtosistern, 157 (+1) xüsusi texnikadan ibarətdir.









