258-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

258-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 77 170 (+710) hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 786 (+15) tank, 5 654 (+24) zirehli döyüş maşını, 1 791 (+9) artilleriya sistemi, 391 reaktiv yaylım atəşi sistemi, 203 (+1) hava hücumundan müdafiə sistemi, 278 (+1) təyyarə, 260 helikopter, 1 476 (+4) PUA, 399 qanadlı raket, 16 gəmi, 4 216 (+17) avtomobil texnikası və avtosistern, 159 (+2) xüsusi texnikadan ibarətdir.