261-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

261-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 79 400 (+710) hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 814 (+10) tank, 5 696 (+14) zirehli döyüş maşını, 1 817 (+12) artilleriya sistemi, 393 reaktiv yaylım atəşi sistemi, 205 hava hücumundan müdafiə sistemi, 278 təyyarə, 261 (+1) helikopter, 1 505 (+6) PUA, 399 qanadlı raket, 16 gəmi, 4 259 (+17) avtomobil texnikası və avtosistern, 159 xüsusi texnikadan ibarətdir.