264-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı

264-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 264-cü günü üçün Ukrayna ordusunun itkiləri barədə məlumatı yeniləyib.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 333 təyyarəsi, 176 helikopteri, 2 504 PUA-sı, 388 zenit-raket kompleksi, 6 593 tank və digər zirehli texnikası, 891 reaktiv yaylım atəş sistemi, 3 577 artilleriya və minaatanı, 7 216 xüsusi hərbi avtomobil texnikası  məhv edilib”, – deyə o bildirib.