264-cü gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

264-cü gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 81 370 (+510) hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 848 tank, 5 748 zirehli döyüş maşını, 1 839 artilleriya sistemi, 399 reaktiv yaylım atəşi sistemi, 206 hava hücumundan müdafiə sistemi, 278 təyyarə, 261 helikopter, 1 509 PUA, 399 qanadlı raket, 16 gəmi, 4 316 avtomobil texnikası və avtosistern, 160 xüsusi texnikadan ibarətdir.