265-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

265-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 82 080 (+710) hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 861 (+13) tank, 5 773 (+25) zirehli döyüş maşını, 1 850 (+11) artilleriya sistemi, 393 reaktiv yaylım atəşi sistemi, 208 (+2) hava hücumundan müdafiə sistemi, 278 təyyarə, 261 helikopter, 1 511 (+2) PUA, 399 qanadlı raket, 16 gəmi, 4 351 (+35) avtomobil texnikası və avtosistern, 160 xüsusi texnikadan ibarətdir.