267-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

267-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 83 110 hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 878 tank, 5 804 zirehli döyüş maşını, 1 860 artilleriya sistemi, 393 reaktiv yaylım atəşi sistemi, 209 hava hücumundan müdafiə sistemi, 278 təyyarə, 261 helikopter, 1 531 PUA, 399 qanadlı raket, 16 gəmi, 4 362 avtomobil texnikası və avtosistern, 160 xüsusi texnikadan ibarətdir.