268-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

268-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 83 460 (+350) hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 878 (+1) tank, 5 808 (+4) zirehli döyüş maşını, 1 865 (+5) artilleriya sistemi, 393 reaktiv yaylım atəşi sistemi, 209 hava hücumundan müdafiə sistemi, 278 təyyarə, 261 helikopter, 1 536 (+5) PUA, 480 qanadlı raket, 16 gəmi, 4 366 (+4) avtomobil texnikası və avtosistern, 161 (+1) xüsusi texnikadan ibarətdir.