282-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

282-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 90 090 (+650) hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 916 (+1) tank, 5 883 (+6) zirehli maşın, 1 564 (+2) operativ-taktiki PUA, 1 905 (+1) artilleriya sistemi, 395 reaktiv yaylım atəşi sistemi, 210 hava hücumundan müdafiə sistemi, 280 təyyarə, 16 gəmi, 262 (+1) helikopter, 531 qanadlı raket, 4 464 (+23) avtomobil və tanker, 163 xüsusi texnikadan ibarətdir.