294-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı

294-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 294-cü günü üçün Ukrayna ordusunun itkiləri barədə məlumatı yeniləyib.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 343 təyyarəsi, 183 helikopteri, 2 658 PUA-sı, 396 zenit-raket kompleksi, 7 099 tank və digər zirehli texnikası, 931 reaktiv yaylım atəş sistemi, 3 685 artilleriya və minaatanı, 7 599 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – deyə o bildirib.