294-cü gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

294-cü gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 96 000 (+740) hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 970 (+4) ədəd tank, 5 937 (+7) ədəd zirehli döyüş maşını, 1 931 ədəd artilleriya sistemi, 404 ədəd reaktiv yaylım atəş sistemi, 211 hava hücumundan müdafiə sistemi, 281 ədəd hərbi təyyarə, 264 ədəd helikopter, 4 562 (+13) ədəd avtomobil texnikası, 1 617 ədəd PUA, 592 qanadlı raket, 16 gəmi/qayıq, 171 (+1) xüsusi  texnikadan ibarətdir.