Rusiya müharibənin 295-ci günü üçün Ukrayna ordusunun itkiləri barədə məlumatı yeniləyib.
NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 344 (+1) təyyarəsi, 184 (+1) helikopteri, 2 669 (+11) PUA-sı, 396 zenit-raket kompleksi, 7 127 (+28) tank və digər zirehli texnikası, 931 reaktiv yaylım atəş sistemi, 3 685 artilleriya və minaatanı, 7 614 (+15) xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – deyə o bildirib.












