296-cı gün: Rusiya Ukraynanın itkilərini açıqladı

296-cı gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 296-cı günü üçün Ukrayna ordusunun itkiləri barədə məlumatı yeniləyib.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 344 təyyarəsi, 184 helikopteri, 2 673 (+4) PUA-sı, 396 zenit-raket kompleksi, 7 134 (+7) tank və digər zirehli texnikası, 931 reaktiv yaylım atəş sistemi, 3 689 (+4) artilleriya və minaatanı, 7 625 (+11) xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – deyə o bildirib.