Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 97 270 (+680) hərbçisi məhv edilib.
NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 980 (+5) ədəd tank, 5 952 (+6) ədəd zirehli döyüş maşını, 1 946 (+3) ədəd artilleriya sistemi, 410 (+4) ədəd reaktiv yaylım atəş sistemi, 211 hava hücumundan müdafiə sistemi, 281 ədəd hərbi təyyarə, 264 ədəd helikopter, 4 563 ədəd avtomobil texnikası, 1 648 (+4) ədəd PUA, 592 qanadlı raket, 16 gəmi/qayıq, 172 xüsusi texnikadan ibarətdir.












