299-cu gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

299-cu gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 98 800 hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 988 ədəd tank, 5 969 ədəd zirehli döyüş maşını, 1 953 ədəd artilleriya sistemi, 410 ədəd reaktiv yaylım atəş sistemi, 212 hava hücumundan müdafiə sistemi, 281 ədəd hərbi təyyarə, 264 ədəd helikopter, 4 592 ədəd avtomobil texnikası, 1 657 ədəd PUA, 653 qanadlı raket, 16 gəmi/qayıq, 175 xüsusi texnikadan ibarətdir.