Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 110 250 (+530) hərbçisi məhv edilib.
NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 064 (+23) ədəd tank, 6 124 (+16) ədəd zirehli döyüş maşını, 2 059 (+8) ədəd artilleriya sistemi, 431 (+5) ədəd reaktiv yaylım atəş sistemi, 215 hava hücumundan müdafiə sistemi, 285 (+1) ədəd hərbi təyyarə, 272 (+1) ədəd helikopter, 4 797 (+38) ədəd avtomobil texnikası, 1 892 (+48) ədəd PUA, 723 qanadlı raket, 16 gəmi/qayıq, 182 xüsusi texnikadan ibarətdir.











