320-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

320-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 111 760 hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 080 ədəd tank, 6 147 ədəd zirehli döyüş maşını, 2 069 ədəd artilleriya sistemi, 434 ədəd reaktiv yaylım atəş sistemi, 217 hava hücumundan müdafiə sistemi, 285 ədəd hərbi təyyarə, 275 ədəd helikopter, 4 809 ədəd avtomobil texnikası, 1 856 ədəd PUA, 723 qanadlı raket, 16 gəmi/qayıq, 183 xüsusi texnikadan ibarətdir.