65-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

65-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Müharibənin 65-ci günü üçün Rusiya MN Ukraynanın itkiləri haqda məlumatı yeniləyib.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya MN rəsmisi general-mayor İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 142 təyyarəsi, 111 helikopteri, 634 PUA-sı, 278 zenit-raket kompleksi, 2 638 tank və digər zirehli texnikası, 304 reaktiv yaylım atəş sistemi, 1 175 artilleriya və minaatanı, 2 467 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – deyə o bildirib.